Qəzza küçələrində basdırılmış təhlükə

  • By Admin2
  • 10 Fevral 2025 15:06

Qəzzanın küçələri bir ildən çox davam edən şiddətli bombardmanlardan sonra xarabalığa çevrilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail hərbçiləri tərəfindən atılan sursatların 9-13 faizinin ilkin zərbə zamanı partlamadığı təxmin edilir.

Bu, Qəzza küçələrini partlamağa hazır bombaların içində basdırılmış dağıntı yığınına çevirir.

Müharibə zamanı dağılmış əraziləri partlamamış bombalardan təmizləmək xüsusilə çətindir.

Çünki qəzzalıların gedəcək başqa yeri yoxdur.

Mütəxəssislər Qəzzada çirklənmə səviyyəsinin çox yüksək olduğunu bildirdi. Partlamamış hərbi sursatların əksəriyyətinin Qəzzada dağıntılar altında qaldığı bildirilib.

Yüz minlərlə məcburi köçkün fələstinli əşyalarını geri almaq və evlərini bərpa etmək üçün əraziyə qayıtmağa cəhd etdiyi üçün çoxlu ölüm və yaralanma riski var.

“Biz bilirik ki, insanlar şəxsi əşyalarını tapmağa çalışacaqlar. Onlar zədələnmiş və dağılmış binalara girəcəklər. Onlar dağıntıları daşımağa başlayacaqlar. Hazırda ən böyük narahatlığımız bunu edərkən onların döyüş sursatı ilə qarşılaşmasıdır”, –  deyə dağıntıları ərazidən təmizləməyə çalışan könüllü bildirib.

Orxan Saffari

Gununsesi.info