Qəzza Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 413 nəfər həlak olub

İsrailin blokadaya alınmış Qəzza zolağına hücumları nəticəsində 413 nəfər həlak olub. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, nazirlik ölənlər arasında 78 uşaq olduğunu qeyd edib.

Bundan əlavə, 2300 nəfər yaralanıb

Oktyabrın 7-də səhər saatlarında İzzəddin əl-Qəssam briqadasının Həmas hərbi qanadı İsrailə qarşı Əl-Əqsa daşqını əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.

Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.

Səid Əhmədli
Gununsesi.info