Qəzza üçün Ramazan ayı QƏRARI: Bayden bütün dünyaya duyurdu

  • By admin
  • 27 Fevral 2024 13:34

İsrailin Qəzzaya hücumları oktyabrın 7-dən bu yana davam edərkən, HƏMAS ilə davam edən atəşkəs danışıqları ilə bağlı ümidverici açıqlama verilib.

Gununsesi.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden Qəzzada humanitar atəşkəs barədə danışıb. “İsrail Ramazan ayı ərzində Qəzzada fəaliyyətini dayandıracaq”, – Bayden deyib.

Bayden bu barədə dünən axşam Amerikanın NBC kanalında Seth Meyersə verdiyi müsahibə zamanı bildirib.”Ramazan ayı yaxınlaşır və israillilər girovları xilas etmək üçün bizə vaxt vermək üçün Ramazan ayı ərzində əməliyyat keçirməyəcəkləri barədə razılığa gəliblər”, – deyə o əlavə edib.

Parisdə keçirilən atəşkəs danışıqlarında hazırlanan təklif layihəsinə görə, Ramazan ayında bütün hərbi fəaliyyətlər 40 gün müddətinə dayandırılacaq və israilli girovlar fələstinli əsirlərlə dəyişdiriləcək.

Müvafiq olaraq, hər 1 israilli girov üçün 10 fələstinli məhbus dəyişdiriləcək.

Layihəyə əsasən, Qəzzada didərgin düşmüş mülki şəxslərin şimala qayıtmasına icazə veriləcək, lakin hərbi yaşda olan kişilər istisna ediləcək.

Bütün israilli girov qadınlar, 19 yaşından kiçik uşaqlar, qocalar və xəstələr fələstinli məhbusların müqabilində azad ediləcəklər.

Hər gün 500 yardım maşınının girməsinə icazə veriləcək, minlərlə çadır və karvan təmin ediləcək.

Layihədə Qəzza zolağında çörəkbişirmə və xəstəxanaların təmiri də var.

 

Gununsesi.info