Qəzza xəbərdarlığı: 1,1 milyon uşaq təhdid altında

  • By admin
  • 06 Yanvar 2024 09:46

UNICEF Qəzzadakı hadisələrlə bağlı yazılı açıqlama verib.Bəyanatda uşaqlarda ishal hadisələrinin cəmi 1 həftədə 50 faiz artdığı, 2 yaşdan kiçik uşaqların 90 faizinın isə ciddi qida çatışmazlığı ilə üzləşdiyi bildirilib.

Gununsesi.info xəbər verir ki, açıqlamada kommersiya təchizatının bərpasına çağırış edilib və “Təcili olaraq humanitar atəşkəs yaradılmalıdır” deyilir.

“Qəzzada artan münaqişə, qida çatışmazlığı və xəstəliklərin ölümcül dövrü 1,1 milyon uşağı təhdid edir”, – deyə açıqlamada bildirilib.

Açıqlamada fikirləri yer alan icraçı direktor Ketrin Rassel qeyd edib ki, “Qəzzada minlərlə uşağın gələcəyi risk altındadır. Dünya heç bir şey etmədən bunu seyr edə bilməz. Uşaqlara qarşı zorakılıq və onların iztirablarına son qoyulmalıdır”.

BMT Baş Katibinin Humanitar Məsələlər və Təcili Yardım Koordinatorunun müavini Martin Griffiths verdiyi yazılı açıqlamada humanitar yardım cəmiyyətinin 2 milyon insana yardım çatdırmağa çalışdığını bildirib.

Qriffits deyib ki, “Dəhşətli 7 oktyabr hücumlarından sonrakı üç ay ərzində Qəzza ölüm və ümidsizlik yerinə çevrilib”.

Qəzzada kommunikasiya problemlərinin davam etdiyini, yolların zədələndiyini və konvoyların hədəf alındığını xatırladan Griffiths insanların həyatda qalması üçün əsas olan kommersiya təchizatının demək olar ki, olmadığını da vurğulayıb.

Griffiths Qəzzanın yaşayış üçün yararsız hala düşdüyünü və insanların hər gün həyatları üçün təhlükələrlə mübarizə apardıqlarını, dünyanın bunu seyr etdiyini bildirib.

Zorakılığın fərqləri aradan qaldırmadığına diqqət çəkən Griffiths bunun daha çox ehtirasları tətiklədiyini və daha təhlükəli nəsillərə yol açdığını vurğulayıb.

Müharibənin dərhal dayandırılması lazım olduğunu və “90 gündür davam edən cəhənnəmin və insanlığın təməl prinsiplərinə edilən hücumların” unudulmayacağını ifadə edən Griffiths, “Bu müharibə heç başlamamalı idi və artıq bitməlidir” deyib.

Gununsesi.info