
Qəzza hökuməti İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayının 20 mini keçdiyini açıqlayıb.
Gununsesi.info bildirir ki, Qəzza hökumətinin media bürosundan verilən açıqlamada İsrail ordusunun Qəzzaya 75 günlük hücumları ilə bağlı məlumat verilib.
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 20 mini keçib ki, onlardan ən azı 8 mini uşaq, 6 min 200-ü isə qadındır.
Bəyanatda İsrailin hücumları nəticəsində dağılan binaların dağıntıları altında itkin düşənlərin sayının 6700 olduğu vurğulanaraq, onların 70 faizinin qadın və uşaqlar olduğu vurğulanıb.
Bu məlumata görə, İsrailin Qəzzaya hücumları nəticəsində yaralananların sayı 52 min 600 nəfəri keçib.
Oktyabrın 7-dən İsrail ordusu 310 tibb işçisini, 35 mülki müdafiə əməkdaşını və 97 jurnalisti öldürüb, 99 tibb işçisi və 8 jurnalisti həbs edib.
Bəyanatda həmçinin qeyd olunub ki, İsrail Qəzza zolağında 140 tibb müəssisəsini vurub, 23 xəstəxana və 53 tibb mərkəzini sıradan çıxarıb, 102 təcili yardım maşınını yararsız hala salıb.
Qəzza zolağında 53 min ev tamamilə dağılıb, 255 min ev qismən zədələnib, ümumilikdə 308 min evə ziyan dəyib.
İsrail Qəzza zolağında 126 dövlət obyektini və 90 məktəb və universiteti vuraraq tamamilə dağıdıb, ümumilikdə 283 məktəb və universitetə ziyan dəyib.
Açıqlamada İsrailin ibadət yerlərini də hədəf aldığı vurğulanıb: Qəzzada 114 məscid tamamilə dağıdılıb, 200-ü zədələnib, 3 kilsə isə hədəfə alınıb.
Gununsesi.info