Qəzza zolağına 194 yardım maşını daxil olub

  • By Admin2
  • 12 Fevral 2025 13:15

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşması çərçivəsində ötən gün Rəfah Sərhəd Qapısından humanitar yardım daşıyan 194 TIR bölgəyə daxil olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) və Fələstin Qızıl Aypara Cəmiyyətinə çatdırılıb.

İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının birinci fazası hər gün 600 yardım maşınının Qəzzaya buraxılacağını, o cümlədən 50-si yanacaqla dolu olmasını nəzərdə tutur.

Yardım maşınlarının yarısı Qəzzanın şimalına göndəriləcək.

Orxan Saffari

Gununsesi.info