
Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların yarıdan çoxu əcnəbilərdir.
Gununsesi.info xəbər verir ki, girovlardan 54-ü Tailand, 15-i Argentina, 12-si Almaniya, altısı Fransa və altısı Rusiya vətəndaşıdır.
Qeyd edək ki, İsrail hökuməti girovların ümumi sayının 222-yə çatdığını açıqlamışdı.
Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Büro rəhbərinin müavini Saleh əl-Aruri bildirib ki, əcnəbi girovlar Qəzza zolağında qonaq qismindədirlər, israilli girovlar isə fələstinli girovlarla dəyişdirilməlidirlər.
Gununsesi.info