Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qəzza zolağında mülki əhalinin cənuba səyahət edərkən üzləşdiyi təhlükələrdən narahatdır.
Gununsesi.info-nun məlumatına görə, BQXK qeyd edib ki, onlara qohumlarının tapılmasında yardım istəyən insanlar tərəfindən çoxlu zənglər daxil olub.
Qırmızı Xaç Qəzzada təxminən 100 min insanın gigiyena məhsulları, içməli su, qida və sığınacağa ehtiyacı olduğunu bildirib.
“Qəzza zolağında vəziyyət sürətlə humanitar fəlakət həddinə yaxınlaşır”, – BQXK bildirib.
Qəzzanın cənub hissəsi, BQXK-nın qeyd etdiyi kimi, çoxlu sayda insanın ehtiyaclarını ödəmək iqtidarında deyil və alınan humanitar yardımın həcmi tamamilə kifayət deyil.
BQXK Qəzza zolağında mühasirədə olan mülki əhalinin müdafiəsinə və humanitar yardımın nizamlı və maneəsiz axınına çağırıb.
Qırmızı Xaç Cəmiyyəti xatırladıb ki, xəstəxana əraziləri İsrailin atəşi nəticəsində həyatları təhlükəsi ilə üzləşən insanlarla doludur.
“İnsanlar bizə deyirlər ki, ölümlə üz-üzə qalmaq qorxusundan gecə-gündüz evlərinin qapısını açmağa qorxurlar. Onlar bizdən kömək etməyi və onları təhlükəsiz yerə aparmağımızı xahiş edirlər”, – BQXK-nın Qəzzadakı ofisinin rəhbəri Uilyam Şomburq bildirib.
Gununsesi.info