Qəzza zolağından İsrail istiqamətində raket atılıb

Qəzza zolağından İsrail istiqamətində raket atılıb

Qəzza zolağından İsrail istiqamətində raket atılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Dağıntılar və tələfat barədə məlumat daxil olmayıb.

Fevralın 17-də Qəzza zolağından atılan raket İsrailin cənubunda yaşayış evinin damına düşüb. Mərmi partlamayıb. İsrail hərbçiləri buna cavab olaraq HƏMAS-ın Qəzzadakı mövqelərinə zərbələr endirib.

Qeyd edək ki, ABŞ-ın Qüdslə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.

Gununsesi.info

COMMENTS