Qəzzada 160 gündə ölənlərin sayı 31 min 341 nəfərə çatdı

  • By admin
  • 14 Mart 2024 14:32

2023-cü il oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 31 min 341-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin Qəzza zolağı üzrə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə son 24 saat ərzində 69 fələstinli İsrailin hücumlarının qurbanı olub, daha 110 nəfər yaralanıb.

Fələstin Administrasiyası qeyd edib ki, İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları zamanı yaralananların ümumi sayı 73 134 nəfərə çatıb.

Ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və yol kənarlarında qalır. Səhiyyə Nazirliyi əlavə edib ki, İsrail qüvvələrinin yaratdığı maneələr səbəbindən təcili yardım və mülki müdafiə qrupları onlara çata bilmir.

 

Gununsesi.info