Qəzza Səhiyyə Nazirliyi qida çatışmazlığı və susuzluq səbəbiylə həyati təhlükəsi olan çox sayda körpənin Beyt Lahiyadakı Kemal Advan Xəstəxanasına gətirildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, açıqlamada Qəzzada minlərlə uşaq və hamilə qadının aclıq və susuzluğun ölümünə səbəb olduğu ifadə edilərək, Kemal Advan xəstəxanasında qida çatışmazlığı və susuzluq səbəbiylə iki körpənin öldüyü bildirilib.
Qadın və uşaqları qorumaq və Qəzza zolağında baş verən aclıqdan xilasetmə yollarını təqdim etmək Birləşmiş Millətlər Təşkilatı (BMT) daxilindəki təşkilatların mənəvi məsuliyyəti və vəzifəsi olduğu vurğulanıb.
Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, aclıq, susuzluq və gigiyena materiallarının çatışmazlığının səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəs və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır, xəstəxanaların çoxunun xidmət göstərmədiyi, tibbi ləvazimatların çatışmazdığı bildirilir.
Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı çıxardığı müvəqqəti qərarlar Qəzzaya humanitar yardımların çatdırılmasını təmin etsə də, fevralda Qəzzaya daxil olan yardımların yanvar ayı ilə müqayisədə yarıbayarı azaldığını bildirir.
UNRWA-nın baş komissarı Filip Lazzarini, fevral ayında Qəzzaya daxil olan humanitar yardımın əvvəlki ayla müqayisədə 50 faiz azaldığını bildirib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla 29 min 878 fələstinli həlak olub, 70 min 215 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Gununsesi.info