Qəzzada 30-dan çox fələstinli həlak olub

Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhəri yaxınlığında 30-dan çox fələstinli İsrail qüvvələrinin hücumunun qurbanı olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.  Məlumata görə, hücum zamanı həlak olan şəxslərin cəsədləri  iki xəstəxananın morqunda yerləşdirilib.

İlkin məlumatlara görə, bombardman zamanı azı 100 fələstinli yaralanıb.

Kanal qeyd edir ki, hücum müvəqqəti köçkünlər üçün çadırların qurulduğu Xan Yunisin qərbindəki Əl-Məvasi bölgəsinə yönəlib.

 

 

Ceyhun

Gununsesi.info