İsrail hərbçiləri blokada altında olan Qəzza zolağının mərkəzi hissəsində təcili yardım maşınına hücum edib, nəticədə 4 tibb işçisi həlak olub.
Gununsesi.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti verdiyi açıqlamada, İsrail əsgərlərinin Deyr-Belahda təcili yardımı hədəf aldığını bildirib.
Bu xəbərə görə, Səlahəddin küçəsində baş verən hücumda 4 Fələstin Qızıl Aypara işçisi həlak olub.
Oktyabrın 7-dən bəri təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına hücumlar həyata keçirən İsrail vaxtaşırı xəstəxanaları, tibb müəssisələrini və səhiyyə işçilərini hədəfə alır.
Oktyabrın 7-dən İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində azı 326 tibb işçisi və 45 mülki müdafiə əməkdaşı həlak olub.
Qəzza zolağındakı 36 xəstəxananın əksəriyyəti İsrailin hücumları səbəbindən xidmət göstərə bilmir.
Gununsesi.info