İsrail və HƏMAS arasında davam edən münaqişə nəticəsində Qəzza sektorunda yerləşən 564 məktəbdən 477-si atəşə tutulub və ya ziyan çəkib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb.
Onlardan 344-ü birbaşa zərbəyə məruz qalıb, daha 133-nə yaxınlıqda gedən hərbi əməliyyatlardan ziyan dəyib.
Məlumata görə, nəticədə 93 nəfər, o cümlədən 11 uşaq və 6 qadın həyatını itirib.
Gununsesi.info