Qəzzada aclıq təhlükəsi: BMT xəbərdarlıq etdi – VİDEO

  • By admin
  • 01 Yanvar 2024 09:03

Qəzza zolağının sakinləri aclıqdan əziyyət çəkir və ərzağa ciddi ehtiyac duyurlar.

Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza məsələləri üzrə direktoru Tomas Uayt bildirib.

“İnsanlar acdır və sadəcə yemək üçün ümidsizdirlər”, – deyə o sosial media hesabında yazıb.

Yazıda o, yüzlərlə fələstinlinin UNRWA humanitar yardım karvanının qarşısına toplaşdığını əks etdirən video paylaşıb.

Uayta görə, eksklav əhalisinin 40 faizi aclıq təhlükəsi ilə üzləşib.

Uayt qeyd edib ki, Qəzza “yaşamaq uğrunda mübarizədir”. UNRWA sözçüsü vurğuladı ki, “Qəzzanın şimalı da daxil olmaqla, bütün regionda təhlükəsiz və davamlı humanitar yardım üçün daha çox resurs lazımdır”.

Gununsesi.info