Qəzzada “Anadolu” agentliyinin operatoru öldürldü

  • By admin
  • 02 Dekabr 2023 08:54

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində “Anadolu” agentliyinin operatoru Muntasir əs-Səvvaf həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Səvvafın yaxın qohumu Həsən İsmamə deyib. “Müntəsir əs-Səvvaf, qardaşı Mərvan və bir neçə qohumu İsrailin Qəzza zolağının cənubundakı Əl-Durc bölgəsini bombalaması nəticəsində həlak olub”, – deyə o bildirib.

İsmame bildirib ki, Müntəsir İsrailin atəşi zamanı ağır yaralanıb. Təxminən yarım saat təcili yardım və həkim briqadasını gözlədilər, lakin heç nə gəlmədi və şəxsi avtomobillə Baptist Xəstəxanasına çatdırdılar. Muntasirin vəziyyətinin ağır olduğunu və çoxlu qan itirdiyini deyən İsmamə həkimlərin tibbi ləvazimat çatışmazlığı səbəbindən müdaxilə edə bilmədiyini bildirib.

İsmamə qeyd edib ki, Muntasir qardaşı və qohumları ilə birlikdə şəhərin Əl-Bətş qəbiristanlığında dəfn edilib.

Gununsesi.info