
Yanvarın 19-dan qüvvəyə minən Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs və girov mübadiləsi razılaşmasının davam edib-etməyəcəyi maraq doğurur. İsrailin siyasi və təhlükəsizlik kabineti sazişin ikinci mərhələsini müzakirə etmək üçün bir araya gəlib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar, “Qəzzanın tam silahsızlaşdırılmasını tələb edirik” deyərək, razılaşmanın ikinci mərhələsi üçün danışıqların başlayacağını açıqlayıb.
“Biz Qəzzaya nəzarətin HƏMAS və ya Fələstin Muxtariyyətinə verilməsini nəzərdə tutan planı dəstəkləməyəcəyik”, – Saar deyib.
Orxan Saffari