
İsrail və HƏMAS arasında məhbus mübadiləsinin beşinci raundu sabah baş tutacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, beşinci turda 3 israilli kişi məhbus müqabilində 183 fələstinli azad ediləcək.
HƏMAS azad edəcəyi üç israillinin adını açıqlayıb.
Açıqlamada azadlığa buraxılacaq məhbusların Eli Sharabi, Or Levy və Ohad Ben Ami olduğu qeyd edilib.
Məlumdur ki, məhbuslardan Ohad Ben Aminin ikili Almaniya – İsrail vətəndaşlığı var. Bəyanatda bildirilir ki, məhbusların siyahısı vasitəçilərə çatdırılıb.
Yediot Ahronot qəzetinin məlumatına görə, İsrail tərəfi vasitəçilərə təqdim olunan siyahının məqbul olduğunu bəyan edib.
İsrail mediası İsrailin Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasından irəli gələn öhdəliklərini pozduğu üçün HƏMAS-ın məhbusların adlarını təhvil verməsini gecikdirdiyini iddia etmişdi.