Qəzzada bu körpələr addım-addım ölümü gözləyir – Ürək parçalayan FOTOlar

İsrailin 19 gündür hücumlar həyata keçirdiyi Qəzza zolağına enerji təchizatına icazə verməməsi humanitar böhranı getdikcə dərinləşdirir.

Gununsesi.info xəbər verir ki, Qəzzada Şifa xəstəxanasında 120-dən çox vaxtından əvvəl doğulan körpənin enerji çatışmazlığı səbəbindən ölüm təhlükəsi ilə üzləşdiyi bildirilib.

Bildirilib ki, elektriklə işləyən inkubatorlarda 120-dən çox vaxtından əvvəl doğulmuş körpə enerji çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşib.

Şifa Xəstəxanasında uşaq həkimi Samer Lübbad bildirib ki, uşaq baxımı şöbəsi İsrailin Qəzzaya hücumları və blokadası nəticəsində əsas ehtiyacların olmaması səbəbindən çox kritik vəziyyətdədir.

O, yanacaq çatışmazlığı səbəbindən xəstəxanada tez-tez elektrik enerjisinin kəsildiyini, bunun da nəfəs aparatlarının bir dəfədən çox dayanmasına səbəb olduğunu və körpələrin sağlamlığının təhlükə altında olduğunu vurğulayıb.

Lübbad həmçinin vaxtından əvvəl doğulan körpələr üçün xüsusi dərman vasitələrini əldə etməyin mümkün olmadığını deyib və bu vəziyyətin real təhlükə yaratdığını qeyd edib.

Gununsesi.info