Qəzzada daha bir jurnalist öldürüldü

  • By admin
  • 18 Dekabr 2023 09:45

Qəzza zolağındakı Fələstin hökuməti İsrailin hücumları zamanı daha bir jurnalistin öldüyünü bildirib.

Gununsesi.info-nun məlumatına görə, hökumətin mətbuat açıqlamasında deyilir ki, fələstinli jurnalist Haneen əl-Kaştan blokada altındakı anklavın mərkəzi hissəsindəki Nusairat qaçqın düşərgəsində ailəsinin evi bombalanarkən öldürülüb.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin son gərginləşməsindən bəri İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 95 jurnalist həlak olub, hesabatda vurğulanır.

Mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail ordusu “hadisələrin Fələstin versiyasının səsləndirilməsinin qarşısını almaq və faktları gizlətmək” üçün Qəzzada media işçilərini qəsdən öldürür.

Gununsesi.info