Qəzzada daha iki jurnalist öldürüldü

  • By admin
  • 13 Fevral 2024 08:43

İsrail ordusunun Qəzza zolağına hücumları zamanı daha iki jurnalisti öldürülüb.

Gununsesi.info xəbər verir ki, Qəzza hökumətinin media bürosunun yaydığı yazılı açıqlamada İsrail ordusunun Qəzza zolağındakı Rəfah və Cəbəliyə qəsəbələrinə təşkil etdiyi hücumlarda jurnalistlər Ela Həsən əl-Hims və Engham Əhməd Advanın həlak olduğu bildirilib.

Bununla da oktyabrın 7-dən Qəzzada İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 126-ya çatıb.

Media Bürosunun əvvəlki açıqlamasında qeyd edilib ki, İsrail “fələstinliləri susdurmaq, faktları ört-basdır etmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürür.

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 12.000 uşaq və 8.190 qadın daxil olmaqla 28.340 fələstinli həlak olub, 67.984 fələstinli isə yaralanıb.

Gununsesi.info