Qəzzada həlak olan jurnalistlərin sayı artıb

  • By ilhame
  • 12 Fevral 2024 20:11

Oktyabrın 7-dən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 126-ya çatıb.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Qəzza hökumətinin Media Ofisi açıqlama yayıb.

 

Açıqlamada Rəfah və Cibaliye şəhərlərinə təşkil edilən hücumlarda jurnalistlər Ela Həsən əl-Hims və Engham Əhməd Advanın da həyatını itirdiyi bildirilib.

 

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına olan hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 fələstinli isə yaralanıb.

Gununsesi.info