Qəzzada “Kölgə” dövrü: - HƏMAS-ın daha bir Sinvarı var

İsrailin hücumunda həlak olan Həmas lideri Yəhya Sinvarın kiçik qardaşı Qəzzada müqaviməti yenidən gücləndirmək üçün çalışır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın dirçəliş səylərinin mərkəzində olan Məhəmməd Sinvar uzun müddətdir ki, əsasən pərdə arxasında fəaliyyət göstərib və ona “Kölgə” ləqəbini qazandırıb.

İsrail hakimiyyəti tərəfindən hər yerdə axtarılan Sinvar HƏMAS-ın əlindəki ən mühüm kozırlardan biridir.

Bu o deməkdir ki, Fələstin qrupunun başında müharibənin bütün gedişatını dəyişə biləcək başqa bir Sinvar var.

İsrail 15 aydır ki, HƏMAS-ın yüksək səviyyəli liderlərinə qarşı sui-qəsdlər həyata keçirib.

Qrupun yaxşı təlim keçmiş və yaxşı silahlanmış kadrları ciddi şəkildə zəiflədi.

Məhəmməd Sinvar HƏMAS-ın canlanma səylərinin mərkəzindədir.

Orxan Saffari

Gununsesi.info