Qəzzada kritik qərar: Müzakirələr dayandırıldı

  • By admin
  • 03 Yanvar 2024 09:08

Yüksək rütbəli liderinin öldürülməsindən sonra Həmas Qəzzada əsir mübadiləsi və atəşkəslə bağlı İsraillə danışıqları dayandırmaq qərarını vasitəçilərə çatdırıb.

Gununsesi.info-nun məlumatına görə, adının açıqlanmasını istəməyən fələstinli mənbə Anadolu agentliyinə bildirib ki, Həmas Qəzzada əsir mübadiləsi və atəşkəslə bağlı İsraillə danışıqları dayandırmağa qərar verib.

Fələstinli mənbə qeyd edib ki, HƏMAS danışıqları dondurmaq qərarını heç bir ad çəkmədən vasitəçilərə çatdırıb.

Arurinin öldürülməsindən bir qədər əvvəl Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib ki, Həmas Qəzzada atəşkəslə bağlı Misir və Qətərin təkliflərinə müsbət cavab verib və bu məsələ ilə bağlı baxışlarını onlara çatdırıb.

Gununsesi.info