
İsrailin 2023-cü il oktyabrın 7-dən hücumlar həyata keçirdiyi Qəzza zolağında artıq 10-cu dəfə mobil rabitə əlaqəsi kəsilib və internet yoxdur.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Telekommunikasiya Şirkəti məlumat yayıb. “Qəzza zolağında müxtəlif məntəqələrə edilən hücumlar səbəbilə bölgədə rabitənin onuncu dəfə kəsildiyini təəssüflə bildiririk”, – deyə qeyd edilib.
Oktyabrın 7-dən İsrailin hücumları səbəbindən Qəzza zolağında 9 dəfə rabitə əlaqəsi kəsilib. Onlardan ən uzunu stasionar, mobil telefonlar və internet bağlantılarının bir neçə saat kəsildiyi yanvarın 12-də baş verib və 8 gün davam edib.
Gununsesi.info