Qəzzada müharibənin başlamasından 6 ay keçir.
Gununsesi.info-nun xəbərinə görə, müharibənin 6 ayında “Reuters” Qəzzadakı vəziyyəti təsvir edib:
Müharibə başlamazdan əvvəl HƏMAS-ın idarə etdiyi Qəzza zolağı kasıb və izdihamlı idi, lakin restoranlar, mağazalar, müvəqqəti futbol meydançaları, universitetlər və xəstəxanalar olan canlı bir ərazi idi.
Münaqişə başlayandan altı ay sonra Reuters operatorları oktyabrın 7-də başlayan İsrail əməliyyatlarının törətdiyi dağıntıları müşahidə etmək üçün xaraba küçələrdə velosiped sürdülər.
Oktyabrın 7-də HƏMAS İsrail ərazisinə sızaraq cənubdakı yaşayış məntəqələrinə hücum edib, 1200 israilli həyatını itirib, 253 nəfər girov götürülərək Qəzzaya aparılıb.
Qəzza rəsmilərinə görə, bu hücumdan sonra İsrailin başlatdığı hava və quru əməliyyatlarında 32 mindən çox insan həyatını itirib.
Dərinləşən humanitar böhranın kölgəsində dərman, tibbi yardım və qidadan məhrum olan 2,3 milyon insanın yaşadığı Qəzza zolağında bir-birinin ardınca açılan yollarda həmişə eyni mənzərələr yaşanırdı.
Qəzza zolağında əhalinin çoxu didərgin düşüb. Əksəriyyəti sığınacaqlarda və ya çadırlarda yaşayır.
Qəzzada ərzaq əldə etmək ölüm-dirim məsələsidir. Fevral ayında 100-dən çox Qəzzalı yardım karvanından ərzaq almağa çalışarkən həlak olub.
İsrail xaos zamanı onların çoxunun əzildiyini, Qəzzanın səhiyyə rəsmiləri isə İsrail əsgərlərinin kütləyə atəş açdığını bildirib.
Birləşmiş Millətlər Təşkilatı və ABŞ Qəzzada aclığın qaçılmaz olduğu barədə xəbərdarlıq edir. BMT yardımın paylanmasında yaranan maneələrdən şikayətlənir.
Nəhayət, fəlakət bölgələrində yemək bişirən və paylayan məşhur aşpaz Xose Andres tərəfindən qurulan “World Kitchen Center” qeyri-hökumət təşkilatının karvanı Qəzzada İsrail hava hücumuna məruz qalıb, aralarında vətəndaşların da olduğu təşkilatın 7 əməkdaşı Avstraliya, İngiltərə və Polşalılar həyatını itirdi.
Afət Abbasova
Gununsesi.info