Qəzzada münaqişə başlayandan həlak olan jurnalistlərin sayı 115-ə çatıb

  • By ilhame
  • 10 Yanvar 2024 19:59

İsrail və HƏMAS arasında gərginliyin artmasından sonra Qəzza zolağında peşə vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlərin sayı 115-ə çatıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzzada media ilə işlər idarəsi bildirib.

 

Son 24 saat ərzində Fələstinin müxtəlif nəşrlərinin əməkdaşı olan üç jurnalist, o cümlədən bir qadın Hiba əl-Abadla həlak olub. Misirin “Səda əl-Balad” portalının məlumatına görə, qızı da onunla birlikdə dünyasını dəyişib.

Gununsesi.info