Qəzzada oktyabrın 7-dən bəri təxminən 6500 nəfər itkin düşüb

  • By admin
  • 02 Dekabr 2023 10:35

İsrailin oktyabrın 7-də Qəzza zolağına genişmiqyaslı hücumlara başlamasından bəri Fələstin anklavında 6500-ə yaxın insan itkin düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin mətbuat xidmətinin baş direktoru İsmayıl əs-Sevabit  jurnalistlərə bildirib.

O, İsrailin Qəzza zolağına ayrıseçkilik etmədən hücumlarını davam etdirdiyini və təkcə son 24 saat ərzində onlarla insanın öldüyünü və yaralandığını vurğulayıb.

“Oktyabrın 7-dən bəri 6500-ə yaxın insan ya dağıntılar altında qalıb, ya da onların taleyi hələ də məlum deyil”, – deyən Es-Sevabit Qəzzaya hücumda İsrail və ABŞ-ı günahlandırıb.

Gununsesi.info