BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 111 əməkdaşının Qəzza zolağında öldürüldüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Böyük kədər hissi ilə bildirirəm ki, hərbi əməliyyatlar başlayandan bəri bizim BMT ailəmizin 111 üzvü Qəzzada öldürülüb. Mülkilər, o cümlədən Birləşmiş Millətlər Təşkilatının əməkdaşları qorunmalıdır. BMT obyektlərinə zərbə endirməməlidir”, – o vurğulayıb.
Gununsesi.info