Qəzzada ölən fələstinlilərin sayı 30 min 800 nəfərə çatdı

  • By admin
  • 07 Mart 2024 15:02

2023-cü il oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 30 min 800-ə yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin Qəzza zolağı üzrə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

“Təkcə son 24 saat ərzində 83 fələstinli İsrailin hücumlarının qurbanı olub. Bundan başqa, eksklavın daha 142 sakini yaralanıb”, – məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları zamanı yaralananların ümumi sayı 72 298 nəfərə çatıb.

Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail 9 qətliam törədib.

Gununsesi.info