Qəzzada ölən İsrail əsgərlərinin sayı 252 nəfərə çatıb

  • By ilhame
  • 24 Mart 2024 13:18

İsrail ordusunun çavuşu Lior Raviv Qəzza şəhərindəki “Şifa” xəstəxanasında terrorçulara qarşı keçirilən reyd zamanı həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Qeyd olunub ki, 21 yaşlı çavuş “Nahal” Briqadasının 932-ci batalyonunda xidmət edib.

O, İsrailin Qəzza zolağına hücumundan sonra ölən 252-ci İsrail əsgəri olub.

Qeyd edək ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunub.

Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılıb. Sonradan atəşkəs rejimi eyni şərtlərlə daha iki gün uzadılıb. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Gununsesi.info