
Fələstinin Qəzza zolağında hərbi eskalasiya başlayandan bəri bölgədəki vəziyyəti işıqlandıran 49 jurnalist öldürülüb. Bu, Qəzzada çalışan jurnalistlərin ümumi sayının 4 faizini təşkil edir.
Gununsesi.info xəbər verir ki, məlumatı İranın “Tasnim” agentliyi yayıb.
Bundan əvvəl Fələstin Jurnalistlər Birliyi Qəzza zolağında əlaqə kəsilən onlarla jurnalistin taleyindən narahatlığını bildirib. Təşkilat Beynəlxalq Qızıl Xaç Komitəsi və digər xarici qurumlardan jurnalistlərin müdafiəsini təmin etmək üçün müdaxilə etməyi istəyib.
BMT-nin baş katibi Antonio Quterreş “Fələstin anklavında dörd həftə ərzində ən azı son 30 ildə baş verən hər hansı digər münaqişədən daha çox jurnalist öldürülüb” deyib.
Gununsesi.info