Qəzzada ölənlərin sayı 15 207 nəfərə çatıb

İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 15 207 nəfərə çatıb.

Gununsesi.info bildirir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Qudra məlumat yayıb.

Məlumata görə, hücumlar zamanı indiyədək 40 652 sakini yaralanıb.

Fələstin rəsmisi həmçinin qeyd edib ki, “Şifa” xəstəxanasının direktoru və Qəzza zolağında İsrail qüvvələri tərəfindən saxlanılan və pis şəraitdə saxlanılan 31 tibb işçisi dindirilib.

Gununsesi.info