Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, “Al Hadath” məlumat yayıb.
Məlumata görə, daha 35 min nəfər isə yaralı haldadır.
Qeyd edək ki, 7 oktyabrda başlayan Fələstin-İsrail toqquşması 4 günlük müvəqqəti atəşkəslə dayanıb. Lakin atəşkəs müddətinin bitməsindən sonra toqquşmaların davam edəcəyi təhlükəsi var. Hazırda atəşkəsin uzadılması üçün razılaşmalara cəhd olunur. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.
Gununsesi.info