Qəzzada ölənlərin sayı 18 800-ə çatdı

  • By admin
  • 16 Dekabr 2023 10:47

İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 13 nəfər artaraq 18 800-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti 70 günlük münaqişə ilə bağlı yenilənmiş açıqlamasında qeyd olunur.

Məlumata görə, ölənlər arasında 8000 uşaq və 6200 qadın, 300 tibb işçisi, 32 mülki müdafiə əməkdaşı və 89 media işçisi var. Bundan əlavə, eksklavda yaralıların sayı 51 minə çatıb, daha 7500 nəfərin cəsədi dağıntılar altında və ya yolların kənarındadır və onlara giriş məhdudlaşdırılıb.

Gununsesi.info