
İsrail ordusunun davam edən hücumları nəticəsində blokadada olan Qəzza zolağında oktyabrın 7-dən bəri həlak olan fələstinlilərin sayı 21 min 507-yə yüksəlib.
Gununsesi.info bildirir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qudra məlumat verib.
Onun sözlərinə görə, təkcə son 24 saat ərzində 187 fələstinli anklavda İsrailin hücumlarının qurbanı olub, 312 nəfər yaralanıb.
Əl-Qudra qeyd edib ki, oktyabrın 7-dən bu yana Qəzza zolağında yaralanan fələstinlilərin ümumi sayı 55 915 nəfərə çatıb.
Gununsesi.info