İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı son 24 saatda 207 nəfər artaraq 22 min 185-ə çatıb.
Gununsesi.info bildirir ki, Qəzza Səhiyyə Nazirliyindən yayılan yazılı açıqlamada İsrailin Qəzza zolağına 88 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda son 24 saatda 207 fələstinlinin şəhid olduğu, 338 nəfərin yaralandığı bildirilib.
Açıqlamada İsrail qüvvələrinin son 24 saatda ailələrə qarşı 15 “qırğın” həyata keçirdiyi, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 22 min 185-ə, yaralıların sayının 57 min 35-ə çatdığı bildirilib.
Gununsesi.info