Qəzzada ölənlərin sayı 24 762 nəfərə çatıb

  • By admin
  • 19 Yanvar 2024 16:51

Oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin hücumlarında ölənlərin sayı 24 762 nəfərə çatıb.

Gununsesi.info-nun bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qudra məlumat verib.

Onun sözlərinə görə, təkcə son 24 saat ərzində 142 nəfər İsrailin hücumlarının qurbanı olub, daha 278 nəfər eksklav sakini yaralanıb.

Oktyabrın 7-dən bəri İsrailin hücumlarında yaralananların ümumi sayı 62 108 nəfərə çatıb.

Əl-Qudra qeyd edib ki, çox sayda insan hələ də dağılmış evlərin dağıntıları altında qalıb.

Gununsesi.info