Qəzzada ölənlərin sayı 25 mini keçdi

  • By ilhame
  • 21 Yanvar 2024 13:28

Qəzza zolağında öldürülənlərin sayı 25 min 105-ə yüksəlib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, xəsarət alanlarda isə bu rəqəm 62 min 681-ə çatıb.

 

Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Gununsesi.info