Qəzzada ölənlərin  sayı 29 min 878-ə çatdı

  • By admin
  • 28 Fevral 2024 12:44

İsrailin Qəzza zolağına oktyabrın 7-dən bu yana davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 29 min 878-ə çatıb, daha 70 min 215 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, son 24 saat ərzində daha 96 eksklav sakini İsrailin hücumlarının qurbanı olub, 172 nəfər yaralanıb.

Nazirlik qeyd edib ki, İsrail qüvvələrinin maneələri səbəbindən həkimlər və xilasedicilər dağıntılar altında qalan insanların cəsədlərinə çata bilmirlər.

 

Gununsesi.info