Qəzzada ölənlərin sayı 30 mini keçdi

  • By admin
  • 29 Fevral 2024 12:08

Bu gündən etibarən İsrail ordusunun həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 30 mini, yaralıların sayı isə 70 mini keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Qəzza Səhiyyə Nazirliyi paylaşıb.

Vasitəçilər İsrail və HƏMAS arasında atəşkəs razılaşması üçün danışıqları davam etdirərkən, yardım təşkilatları Qəzzanın şimalı üçün “aclıq həyəcanı” olduğunu qeyd edir.

Qəzzadakı Şifa xəstəxanasında uşaqların “susuzluq və geniş yayılmış aclıq səbəbiylə” öldüyünü bildirən Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra bu ölümlərin bir daha baş verməməsi üçün beynəlxalq təşkilatları “təcili tədbirlər görməyə” çağırıb.

 

Gununsesi.info