İsrailin Qəzza zolağında oktyabrın 7-dən bəri davam edən təcavüzü nəticəsində həlak olan fələstinlilərin sayı 31 min 112 nəfərə çatıb, daha 72 min 760 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza zolağının səhiyyə qurumu məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində anklavın daha 67 sakini həlak olub, 106 fələstinli isə yaralanıb.
Ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və yol kənarlarında qalır. Təcili yardım və mülki müdafiə qrupları İsrail qüvvələrinin maneələri səbəbindən onlara çata bilmir.
İdarə ölənlərin 72 faizinin qadın və uşaqlar olduğunu qeyd edib.
Bu arada İsrailin Qəzza şəhərinin Sabra məhəlləsində bir evə hücumu nəticəsində 16 nəfərin öldüyünü bildirilib.
Gununsesi.info