Qəzzada ölənlərin sayı 31 min 272 nəfərə çatdı

  • By admin
  • 13 Mart 2024 15:58

2023-cü il oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 31 min 272-yə çatıb.

Gununsesi.info bildirir ki, bu barədə Fələstinin Qəzza zolağı üzrə Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qudra məlumat verib.

Əl-Qudra bildirib ki, təkcə son 24 saat ərzində 88 fələstinli İsrailin hücumlarında ölüb, daha 135 nəfər yaralanıb.

Fələstin rəsmisi bildirib ki, oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində yaralananların ümumi sayı 73 024 nəfərə çatıb, İsrailin hücumlarında həlak olan fələstinlilərin 72 faizi qadın və uşaqlardır.

 

Gununsesi.info