Qəzzada ölənlərin sayı yenidən artıb.
Gununsesi.info xəbər verir ki, müharibə 103-cü gündür davam edir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, son 24 saatda 163 nəfər həyatını itirib, 350 nəfər isə yaralanıb.
Çox sayda yaralının hələ də dağıntılar altında və yollarda olduğu, təcili yardım və mülki müdafiə qruplarının yaralılara çata bilmədiyi bildirilib.
İsrailin hücumlara başladığı 7 oktyabrdan bu yana Qəzza zolağında ölənlərin sayı 24 min 448-ə, yaralı isə 61 min 504-ə çatıb.