Oktyabrın 7-dən İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində 66 media əməkdaşı həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Jurnalistlər Birliyinin sosial şəbəkələrdə dərc olunmuş məlumatında deyilir.
Məlumata görə, İsrailin hücumlarında altısı qadın olmaqla 66 media işçisi həlak olub. Bundan başqa, daha iki jurnalist itkin düşüb, 31 media işçisi isə İsrail həbsxanalarında saxlanılır.
Birlik beynəlxalq insan haqları təşkilatlarını İsrailin media işçilərinə qarşı qanun pozuntularına diqqət yetirməyə çağırıb.
Bundan əvvəl, noyabrın 22-də Fələstinin WAFA xəbər agentliyi İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları nəticəsində həlak olan media işçilərinin sayının 64-ə çatdığını bildirmişdi.
Gununsesi.info