
İsrailin 3 aydan çoxdur havadan və qurudan hücumlar təşkil etdiyi Qəzza zolağında öldürülən Birləşmiş Millətlər Təşkilatının (BMT) işçilərinin sayının 151-ə yüksəldiyi açıqlanıb.
Gununsesi.info-nun xəbərinə görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyindən (UNRWA) verilən açıqlamada UNRWA-nın nəzdində olan 22 sağlamlıq mərkəzindən 6-nın Qəzzanın mərkəzi və cənub bölgələrində fəaliyyət göstərdiyi bildirilib.
Bildirilib ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən hücumlarına başlayandan bəri Qəzzada öldürülən UNRWA əməkdaşlarının sayı 151-ə çatıb.
UNRWA-nın öz sağlamlıq mərkəzləri üçün BMT-nin Beynəlxalq Uşaq Fondundan (UNİCEF) peyvənd aldığı, 8 müxtəlif növ peyvəndlə yenidən peyvəndlərə başlanıldığı qeyd edilib.
Gununsesi.info