İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində daha bir media işçisi həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Əl-Əqsanın səsi” radiosu məlumat yayıb.
Məlumata görə, öldürülən media təmsilçisi “Əl-Əqsanın səsi” radiosunun aparıcısı, fələstinli jurnalist İyad ər-Ruvvaq olub.
Qeyd olunur ki, jurnalist İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nusairat qaçqın düşərgəsinə aviazərbələr endirərkən həlak olub.
Aviazərbərlər zamanı jurnalistin ailəsinin bir neçə üzvü də həlak olub.
Bununla da oktyabrın 7-dən İsrailin Qəzza zolağına təcavüzü nəticəsində həlak olan jurnalistlərin sayı 120-yə çatıb.
Yanvarın 26-da səhər saatlarında İsrailin blokadada olan Qəzza zolağının mərkəzi hissələrinə hücumları nəticəsində ən azı 14 fələstinlinin həlak olduğu bildirilib.
“WAFA” agentliyinin məlumatına görə, İsrail ordusu Fələstin anklavının müxtəlif yaşayış məntəqələrinə havadan və qurudan zərbələr endirib.
Gununsesi.info