Oktyabrın 7-dən İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həlak olan media işçilərinin sayı 97 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza zolağı hökumətinin mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun anklavın cənubundakı Rəfah şəhərində həyata keçirdiyi hücumda daha bir jurnalist Adil Zaqrab həlak olub. Adil Zaqrabın evi İsrailin hücumlarına məruz qalıb.
Beləliklə, 97 media işçisi oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarının qurbanı olub.
Mətbuat xidməti daha əvvəl bildirmişdi ki, İsrail “faktları gizlətmək və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada media işçilərini qəsdən öldürür”.
Gununsesi.info