Qəzzada öldürülən jurnalistlərin sayı 99-a çatıb

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda fələstinli jurnalist Məhəmməd Xəlifə həyatını itirib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.

 

Bildirilir ki, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat Qaçqınlar Düşərgəsində jurnalist Xəlifənin evini bombalayıb, nəticədə, Xəlifə və onun ailə üzvləri həyatını itirib.

 

Məlumatda bildirilib ki, bununla da oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 99-a yüksəlib.

 

 

Gununsesi.info