Qəzzada səhvən daha 3 israilli girov öldürüldü

  • By ilhame
  • 18 Dekabr 2023 22:58

HƏMAS-ın əsirliyindən qaçan 3 girov Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail Müdafiə Qüvvələrinin əsgərləri tərəfindən səhvən öldürülüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin nümayəndəsi Ariel Bulşteyn brifinqdə bildirib.

 

“Nəyin səhv getdiyini müəyyən etmək, gələcəkdə oxşar faciəli hadisələrin qarşısının necə alınacağını müəyyən etmək lazımdır”, – odeyib.

 

Bulsteyn vurğulayıb ki, baş verənlərə baxmayaraq, İsrail hərbi əməliyyatlardan əl çəkməyəcək və onları daha az qüvvə ilə davam etdirəcək, Qəzza zolağının getdikcə daha çox yeni ərazilərini təmizləyəcək, çünki girovları azad etməyin başqa yolu yoxdur.

 

Qeyd edək ki, dekabrın 15-də İsrail əsgərləri Qəzza zolağında gedən döyüş zamanı 3 girovu təhlükə kimi tanıyıb atəş açaraq öldürüblər.

 

Gununsesi.info